Bakıda 21 və 30 nömrəli marşrut avtobuslarının dayanacaq məntəqələrində dəyişiklik edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə bəzi dayanacaq məntəqələrinin yerləri dəyişdirilib.
Belə ki, həmin marşrutların dayanacaqları “28 May” NMM-dən Səməd Vurğun bağınını qarşısına keçirilib.