Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Paşa Təhməzov küçəsində baş verib.
2023-cü il təvəllüdlü A.A ehtiyatsızlıqdan 3-cü mərtəbədən yıxılıb. Dərhal əraziyə təcili tibbi yardım briqadası çağırılıb.
Azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.