Macarıstanın sabiq baş naziri Viktor Orban hazırkı hökumətə qarşı mübarizəyə başlayacağını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Orban bu barədə Ketçe şəhərində çıxışı zamanı danışıb.
“Milli müqavimətə başlamağın vaxtıdır. Səbrimiz tükəndi”, – o bildirib.
Orban qeyd edib ki, sağçı qüvvələr Macarıstanın suveren dövlət kimi qalmasını istəyir, “Tisa” partiyasının rəhbərlik etdiyi hökumət isə ölkəni “Brüsselin koloniyasına” çevirməyə çalışır.
Qeyd edək ki, 12 aprel 2026-cı ildə Macarıstanda keçirilən parlament seçkilərində Viktor Orbanın rəhbərlik etdiyi “Fides” partiyası Peter Madyarın rəhbərlik etdiyi “Tisa” partiyasına böyük fərqlə məğlub olmuşdu. Orban məğlubiyyətini etiraf edərək geri çəkilmişdi.
Əliyar Xəlil
Globalinfo.az