putin 2 900x600 2

Rusiya Prezidenti Vladimir Putin dünyada birqütblü beynəlxalq münasibətlər sisteminin keçmişdə qaldığını bildirib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, o qlobal arenada geosiyasi, geoiqtisadi, texnoloji və sosial dəyişikliklərin baş verdiyini deyib:

“Dar bir qrup ölkəyə xidmət edən birqütblü sistem keçmişdə qalır. Güc balansı qlobal Cənub və Şərqdəki yeni inkişaf mərkəzlərinin xeyrinə dəyişir”.

Rusiya lideri vurğulayıb ki, çoxqütblü dünya nizamının formalaşdığı şəraitdə çoxtərəfliliyin gücləndirilməsi, daha çox ölkənin qlobal idarəetməyə cəlb olunması, beynəlxalq sülh və sabitliyin təmin edilməsi vacibdir.

Paylaş: