eli esedov

Azərbaycan Baş naziri Əli Əsədovun Belarusa səfəri 2026-cı ilin sonu – 2027-ci ilin əvvəlinə planlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”a Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib.

O, xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsini ziyarət edir.

Onun sözlərinə görə, bu səfər iki ölkənin hökumətləri arasında əldə edilmiş razılaşmalar və Belarus ilə Azərbaycan liderlərinin tapşırıqları çərçivəsində planlaşdırılmış tədbirlərdən biridir.

“Biz planlaşdırırıq ki, yaxın zamanlarda, bu ilin sonunda, gələn ilin əvvəlində Azərbaycan baş nazirinin Belarusa səfəri baş tutsun”, – diplomat qeyd edib.

Paylaş: