İsrail Baş naziri Benyamin Netanyahu İranın Yəməndə dəstəklədiyi “Ənsarallah” hərəkatına (husilər) qarşı mübarizədə ərəb ölkələrinə yardım təklif edib.
Globalinfo.az xəbər verir ki, Livan KİV-in iddiasına görə, İsrail husilərin Qırmızı dənizdə gəmiçilik marşrutlarında və Bab əl-Məndəb boğazında fəaliyyətinə qarşı daha geniş regional mübarizəyə qoşulmağa hazırdır.
Netanyahunun təklifi İsrailin husilərə qarşı mübarizədə ərəb ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətinin göstəricisi kimi qiymətləndirilir.