Keçmiş əsir Namiq Qarayev vaxtilə əsirlikdə saxlanıldığı və ağır işgəncələrə məruz qaldığı ərazilərə gedib.
Globalinfo.az bildirir ki, “UnikaI”ın məlumatına görə, Namiq Qarayev 30 il sonra Şuşa həbsxanasına gedərək saxlanıldığı kameranı yenidən görüb.
O, 1993-cü ilin sentyabr ayında Azərbaycanın suveren ərazilərinin müdafiəsi uğrunda gedən döyüşlər zamanı əsir götürülüb. O və digər əsirlər ferma tikməyə məcbur edilib. Fiziki işgəncələrə, ləyaqətlərini alçaldan rəftara məruz qalıblar. Xankəndi Şəhər Xəstəxanasında bir aya yaxın müalicə edildikdən sonra 1995-ci il avqustun 23-də Azərbaycan tərəfinə təhvil verilib.