5258095776804578283

Avstriyada 14 yaşdan kiçik qızların məktəblərdə İslam ənənəsinə uyğun baş örtüyü, o cümlədən hicab taxmasını qadağan edən yeni qanun qüvvəyə minib.

Globalinfo.az xəbər verir ki, bu barədə “İnnovando” məlumat yayıb. Belə ki, qadağa sentyabrın 7-dən etibarən Vyana, Aşağı Avstriya və Burgenland əyalətlərində məktəblərdə tətbiq olunmağa başlayıb.

Ölkənin digər əyalətlərində isə yeni tədris ili başlayanda qayda qüvvəyə minəcək.Qanunun tərəfdarları bu addımın qızların azadlığının və inteqrasiyasının qorunmasına xidmət etdiyini bildirirlər.

Bununla belə, Avstriyanın əsas müsəlman icması qərarı ayrı-seçkilik kimi qiymətləndirib və məsələni Konstitusiya Məhkəməsinə çıxarmağa hazırlaşır.

Qaydanı pozan şagirdlərlə əvvəlcə məktəb rəhbərliyi tərəfindən söhbət aparılması nəzərdə tutulur. Təkrar pozuntulara görə valideynlərə 150-800 avro arasında cərimə tətbiq edilə bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: