Erdogan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran ətrafında davam edən müharibənin nəticələrinin yalnız birbaşa münaqişə iştirakçılarına deyil, bütün region ölkələrinə təsir etdiyini bildirib.

Globalinfo.az-ın xəbərinə görə, Ərdoğan qeyd edib ki, müharibənin yaratdığı ağır nəticələrin bədəlini İran xalqı və Körfəz ölkələri ilə yanaşı, münaqişədə birbaşa iştirak etməyən dövlətlər də ödəyir.

Türkiyə Prezidenti bu fikirləri sentyabrın 7-də keçirilən Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında səsləndirib. Onun sözlərinə görə, İsrailin təxribatları və sabotajları nəticəsində bölgəyə mühüm nəfəs gətirən İslamabad razılaşması da pozulub.

Ərdoğan bildirib ki, sülhün bərqərar olması üçün regionda böhranların əsas səbəblərindən biri kimi gördüyü yanaşma dəyişməlidir.

“Ən kiçik sülh imkanını belə özünə təhlükə kimi qəbul edən bu radikal yanaşma dəyişməyənədək regionumuzdakı böhran fırtınası səngiməyəcək”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, Türkiyə daha əvvəl də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqların qorunmasının vacibliyini vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: