“Ukraynada qadınların hərbi xidmətə çağırılması məsələsinə yenidən baxılmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın keçmiş müdafiə naziri Aleksey Reznikov deyib.
Reznikov xüsusilə pilotsuz uçuş aparatlarının idarə olunması sahəsində qadınların müəyyən üstünlüklərə malik ola biləcəyini iddia edib:
“Qadınların təhlükəyə reaksiyası daha sürətlidir və periferik görmə qabiliyyətləri daha yaxşı inkişaf edib. Bu xüsusiyyətlər dronların idarə olunması kimi sahələrdə faydalı ola bilər. Ukrayna qadınların hərbi xidmətə cəlb olunması ilə bağlı İsrail, Danimarka, İsveç, Norveç və Niderlandın təcrübəsini araşdırmalıdır”.
Qeyd edək ki, qadınların Ukrayna ordusunda səfərbərliyə cəlb edilməsi ideyası daha əvvəl də ABŞ Prezidentinin keçmiş xüsusi nümayəndəsi Kit Kelloq tərəfindən səsləndirilib. O, qadınların kişilərdən heç də pis döyüşmədiyini bildirərək Ukraynanın qadınların səfərbərliyinə başlamalı olduğunu deyib.
Kelloq bu fikrini əsaslandırarkən həyat yoldaşını nümunə göstərib və onun Qrenadada döyüşdüyünü iddia edib.
Safura Bənnayeva
Globalinfo.az