pasinyan011 900x600 2

“Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın aylarda Rusiyaya səfər etməsi gözlənilir”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, səfərin bu il baş tutması planlaşdırılır, lakin dəqiq tarix hələ müəyyənləşdirilməyib.

Paşinyanın Moskvaya səfəri ilə bağlı razılaşmanın sentyabrın 1-də Bişkekdə Ermənistan hökumət başçısı ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş zamanı əldə olunduğu bildirilir.

Görüşdən sonra Paşinyan açıqlamasında qeyd edib ki, tərəflər arasında aparılan “səmimi və konstruktiv söhbətin” onun Rusiyaya növbəti səfəri çərçivəsində Moskvada davam etdirilməsi barədə razılığa gəliblər.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: