Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin “ən uzun müddət vəzifədə qalan Baş naziri” titulunu qazanan İtaliyanın Baş naziri Ciorcia Melonini təbrik edib.
Globalinfo.az xəbər verir ki, Türkiyə lideri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“İtaliya Respublikasının “vəzifədə ən uzun müddət qalan Baş naziri” titulunu qazanan xanım Corcia Melonini ürəkdən təbrik edirəm. Xanım Meloni ilə ölkələrimiz arasındakı əməkdaşlıq və həmrəyliyi hər keçən gün daha da gücləndirəcəyimizə ürəkdən inanıram”, – paylaşımda deyilir.
İtalya Cumhuriyeti’nin “en uzun süre görevde kalan başbakanı” ünvanını elde eden Sayın Giorgia Meloni’yi yürekten tebrik ediyorum.
Sayın @GiorgiaMeloni ile ülkelerimiz arasındaki iş birliği ve dayanışmayı her geçen gün daha da güçlendireceğimize yürekten inanıyorum. 🇹🇷🇮🇹
— Recep Tayyip Erdoğan (@RTErdogan) September 4, 2026