elgun resulov

AZCON Holdinq şirkətlərindən olan “Azərpoçt” MMC-nin İdarə heyətinin sədrinin müşaviri Elgün Rəsulov vəzifəsindən azad edilib.

Globalinfo.az Plat.az-a xəbər verir ki, E.Rəsulov 2022-ci ildən “Azərpoçt”da çalışırdı. O, ilk dəfə qurumda Baş icraçı direktorun müşaviri olaraq fəaliyyətə başlamış, 2024-cü ildən isə, qurumun İdarə heyətinin üzvü təyin olunmuşdu. E.Rəsulovu sözügedən vəzifələrə 2023-2026-cı illərdə “Azərpoçt”a rəhbərlik etmiş İsi Mustafayev təyin etmişdi. “Azərpoçt”un rəhbəri dəyişdikdən sonra E.Rəsulov yenidən qurumda sədrin müşaviri vəzifəsini tutmuşdu.

Xatırladaq ki, bu ilin aprel ayında “Azərpoçt”un rəhbəri dəyişib. Qurumun idarə heyətinin sədri İsi Mustafayev vəzifəsindən ayrılıb və onun yerinə Manaf Babayev sədr təyin edilib. İ.Mustafayevdən sonra qurumun İdarə heyətinin sədrinin müavini Xəyyam Əlizadə və İdarə heyətinin üzvü, Baş maliyyə direktoru Çingiz Qurbanov da işdən çıxıb. Bundan sonra “Azərpoçt”un İdarə heyətinin tərkibi yenidən formalaşdırılıb.

Belə ki, Fərid Sadıqzadə, Lalə Quliyeva, Şaiq Qəribzadə və Mikayıl Xəlilov qurumun İdarə heyətinin üzvləri təyin edilib. Paralel olaraq Musa Xudiyev Manaf Babayevin müşaviri vəzifəsinə gətirilib.

Paylaş: