eliyev pasinyan 11

Bişkekdə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra sülh prosesinin növbəti mərhələsi ilə bağlı müzakirələr gündəmə gəlib. Tərəflərin artıq bir sıra məsələlər üzrə razılığa gəldiyi və hazırda əsas diqqətin əldə olunan razılaşmaların icrasına yönəldildiyi bildirilir.

Bişkek görüşündən sonra AzərbaycanErmənistan arasında sülh sazişinin imzalanması prosesi sürətlənə bilərmi? Eyni zamanda, Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun keçirilməsi məsələsində hansı addımlar gözlənilir? Bütün bunlar sülh prosesinin artıq razılaşmaların əldə olunması mərhələsindən onların praktiki icrasına keçdiyini deməyə əsas verirmi?

Globalinfo.az-a danışan Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov deyib ki, AzərbaycanErmənistan münasibətlərində hazırda hər hansı qeyri-müəyyənlik yoxdur və proses kifayət qədər aydın istiqamətdə gedir:

“Hazırda hər şey şəffafdır və ortadadır. Referendum mövzusuna gəldikdə, Konstitusiyanın dəyişdirilməsi məsələsi Paşinyanın hökumət proqramına daxil etdiyi məsələlərdən biridir. Hamı anlayır ki, məhz yeni Konstitusiyanın qəbul edilməsi ilə yekun sülh müqaviləsinə bir qədər də yaxınlaşmaq mümkün olacaq.

WhatsApp Image 2026 03 10 at 16.25.20 7 900x529 1
Fərhad Məmmədov

Buna baxmayaraq, sülh gündəliyi qüvvədə qalır. Bişkekdə keçirilən görüşdə də sülh gündəliyi təsdiq edildi. Əvvəllər qəbul olunmuş qərarlar qüvvədədir və onların icrası davam edir.

TRIPP ilə bağlı da məlumat verildi. Gözlənti ondan ibarətdir ki, ilin sonuna doğru bu istiqamətdə praktiki işlər görüləcək. Sərhədlərin müəyyən edilməsi ilə bağlı işlər də davam edir.

Düşünürəm ki, iki ölkə arasında sülh gündəliyi kifayət qədər açıq və aydındır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: