burak 1

Türkiyəli aktyor Burak Özçivit bacısı Burçun Özçivitin toyunda iştirak etməməsi ilə bağlı yayılan iddialara cavab verib.

Globalinfo.az xəbər verir ki, aktyor sosial şəbəkə hesabında məsələ ilə bağlı paylaşım edərək, ailəsi haqqında yazılan mənfi və əsassız şərhlərə münasibət bildirib.

Burak Özçivit ailəsinin xoşbəxt olduğunu vurğulayıb və yeni evlənən cütlüklə bağlı əsassız iddiaların yayılmasını düzgün hesab etmədiyini bildirib.

“Uydurduğunuz hekayələri və mənasız şərhləri öz həyatınıza tətbiq edin. Bizi və bütün ailəmizi rahat buraxın”, – deyə aktyor qeyd edib.

Qeyd edək ki, Burçun Özçivit iş adamı Hasan Sağdıçla Samsunun Bafra rayonunda keçirilən mərasimdə ailə həyatı qurub. Burak Özçivitin yeni serial layihəsinin Adanada davam edən çəkiliş qrafiki səbəbindən mərasimdə iştirak edə bilmədiyi bildirilir. Aktyorun bacısına telefonla zəng edərək onu təbrik etdiyi qeyd olunur.

burak ozcivit kardesinin dugun 82084517 6655 1 m

Paylaş: