IMG 2234

Bu gün səhər saatlarından Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi başlayıb.

Globalinfo.az xəbər verir ki, klassik avtomobillərin sərgisi və yürüşü bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da artıq ənənə halını alıb.

Dənizkənarı Milli Parkda klassik avtomobillərin nümayişi ilə başlayan tədbirdə 1986-cı ilədək istehsal olunan 100-dən çox avtomobil sərgilənib.

Bunlar tədbir üçün qeydiyyatdan keçən klassik avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələridir.

2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
171

Paylaş: