bas 10

ABŞ Dövlət Departamenti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) beş yüksək vəzifəli şəxsi barədə məlumat verənlərə ümumilikdə 10 milyon dollara qədər mükafat vəd edib.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti SEPAH-ın əsas fiqurları barədə məlumat verən şəxslərə 10 milyon dollara qədər mükafat veriləcəyini açıqlayıb.

Mükafat proqramına SEPAH-ın baş komandanı Əhməd Vahidi, SEPAH-ın Mərkəzi Komandanlığının rəhbəri Məhəmməd Rza Abdullahı, SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məhəmməd Rza Ağaayani, SEPAH-ın Kiber və Elektron Komandanlığının rəhbəri Davud Ləşgəryan və SEPAH-ın Kəşfiyyat İdarəsinin rəhbəri Məhəmməd Kazım Xadəmi daxildir.

ABŞ tərəfi bu şəxslərin fəaliyyəti və SEPAH-ın strukturları barədə mühüm məlumatların əldə edilməsində ictimaiyyətin yardımından istifadə etməyə çalışır.

Dövlət Departamentinin açıqlamasına əsasən, təqdim edilən məlumatın dəyərindən və əhəmiyyətindən asılı olaraq mükafat məbləği dəyişə bilər.

Paylaş: