“ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi sadəcə bir dövlətə qarşı qanunsuz “iqtisadi müharibə” deyil”.
Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
Bəqayi bildirib ki, bu, ABŞ-ın BMT-nin hər bir müstəqil üzv dövləti üzərində ekstraterritorial suverenliyin təsdiqidir:
“Heç bir dövlət qanuni olaraq öz yurisdiksiyası altında olan xarici bankları, müəssisələri və hava limanlarını üçüncü ölkə ilə qanuni ticarətdən imtina etməyə məcbur edə bilməz. Bu cür ikinci dərəcəli sanksiyaların beynəlxalq hüquqda heç bir əsası yoxdur”.
Əliyar Xəlil
Globalinfo.az