WhatsApp Image 2025 08 29 at 17

Ermənistan yeni Konstitusiyasının hazırlanması və qəbulunu nəzərdə tutur.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın inkişaf proqramında qeyd olunub.

Sənədə əsasən, yeni Konstitusiya layihəsi əvvəlcə ictimai müzakirəyə çıxarılacaq. Ardınca isə sənədin qəbul edilməsi üçün ümumxalq referendumunun keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan rəsmi olaraq Ermənistan Konstitusiyasında ölkənin Müstəqillik Bəyannaməsinə edilən istinadın aradan qaldırılmasını tələb edir, çünki həmin sənəddə Azərbaycana qarşı ərazi iddiaları yer alır. Bu məsələ iki ölkə arasında sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biri kimi qoyulub.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: