NVY3BGHNXFNQDK5RLF5DHVAOQQ

“İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında mövcud olan fikir ayrılıqları daha da dərinləşib. Buna görə də, Netanyahu Trampla açıq qarşıdurmaya hazırlaşır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al-Monitor” İsrail hökumətindəki mənbələrinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, liderlər arasında vəziyyətin gərginləşməsinə səbəb Qəzza zolağı və Livanda İsrailin hərbi mövcudluğu məsələsində fikirlərin üst-üstə düşməməsidir. Netanyahu Trampın İsrailin son qərar və bəyanatlarında İsrailin maraqlarını əvvəlki qədər çox nəzərə almadığını düşünür. Bu da liderlər arasında münasibətlərin gərginləşməsinə səbəb olur.

Mənbənin sözlərinə görə, Netanyahu uçurumun astanasındadır. O, QəzzaLivan məsələsində ABŞ administrasiyası ilə birbaşa qarşıdurmaya girib-girməmək barədə qərar verməyə çalışır. İsrailin baş naziri nəticənin yaxşı olmayacağının fərqindədir, amma hazırkı vəziyyətin də çətin olduğunu düşünür. 

Hətta Trampla qarşıdurmanın İsraildə baş tutacaq seçkidən öncə Netanyahu və partiyasının reytinqini qaldıra biləcəyi düşünülür. Təl-Əviv hökuməti bunu İsrail dövlətinin maraqlarının ABŞ qarşısında müdafiəsi kimi təqdim edə bilər.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: