Hollivud aktrisası Hayden Panettyeri vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə aktrisanın atası məlumat yayıb.
36 yaşlı Panettyerinin hansı səbəbdən öldüyü açıqlanmayıb.
Qeyd edək ki, H.Panettyeri “Scream”, “Heroes”, “Neşvill” ekran işlərində rol alıb.
Aktrisanın məşhur boksçu Vladimir Kliçko ilə münasibətləri olub. Onlar 2013-cü ildə nişanlanıblar. Qızları 2014-cü ildə dünyaya gəlib. Uşağın dünyaya gəlməsindən sonra ananın psixoloji problemləri yaranıb və təcrid olunub. 2018-ci ildə onlar boşanıblar və Kliçko qızının qəyyumluğunu öz üzərinə götürüb.