ABŞ Prezidenti Donald Trampın administrasiyası Kuba ilə bağlı strategiyasını dəyişərək hərbi yolla hakimiyyət dəyişikliyi ideyasından imtina edib.
Globalinfo.az-ın“Bloomberg”in mənbələrə istinadən yaydığı məlumata görə, Vaşinqton bunun əvəzinə Kubaya qarşı sanksiyaların və iqtisadi təzyiqlərin gücləndirilməsinə üstünlük verib.
Məlumata əsasən, ABŞ Kubanın əsas gəlir mənbələrini məhdudlaşdırmaqla ölkə daxilindəki iqtisadi və siyasi təzyiqi artırmağı planlaşdırır. Məqsəd Havana hakimiyyətini danışıqlar masasına gətirmək və güzəştlərə məcbur etməkdir.
ABŞ administrasiyasının hesablamalarına görə, iqtisadi təzyiqlərin gücləndirilməsi Kubada daxili narazılıqları daha da artıraraq hakimiyyətin mövqeyini zəiflədə bilər.
Bildirilir ki, Kuba rəhbərliyi daha əvvəl də ABŞ-ın müxtəlif tələblərini rədd edib. Vaşinqton isə hərbi müdaxilə əvəzinə sanksiyalar və iqtisadi məhdudiyyətlər vasitəsilə təzyiq göstərmək xəttini davam etdirmək niyyətindədir.
Tahir Turan