ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirmək məqsədilə bölgəyə “USS George Washington” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupunu göndərir.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Qeyd olunub ki, zərbə qrupu hazırda 250 gündən çoxdur bölgədə xidmət aparan “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisini əvəzləmək üçün Yaxın Şərqə istiqamətlənib.
Yeni yerləşdirmə ABŞ-ın bölgədəki hərbi qüvvələrinin rotasiyası çərçivəsində həyata keçirilir və Vaşinqtonun Yaxın Şərqdə dəniz qüvvələrinin davamlılığını qorumaq niyyətini göstərir.
Tahir Turan
Globalinfo.az