Zaxarova 1131

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Polşa Prezidenti Karol Navroçkini sərt tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Sputnik” radiosunun efirində danışıb.

“Polşa Prezidenti Karol Navroçki insan ruhunu daşımır. Nasizmə, Üçüncü Reyxin kollaborasionistlərinə haqq qazandıranları da insan ruhuna sahib olanlar kimi qəbul etmək olmaz”, – deyə Zaxarova bildirib.

XİN nümayəndəsi həmçinin xatırladıb ki, Sovet İttifaqı Polşaya yardım göstərən ilk ölkələrdən biri olub. Onun sözlərinə görə, SSRİ Polşaya kömür, ərzaq, enerji resursları və “birbaşa pul” göndərib.

Bundan əvvəl Polşa Prezidenti Karol Navroçki Ukraynanın Rusiya ilə münaqişədə Polşanın dəstəyinə arxalana biləcəyini, lakin Varşavada “Bandera bayraqlarının” dalğalanmayacağını bildirib. Onun sözlərinə görə, “moskala harada vururlarsa, Polşa orada kömək edir”. Navroçki Varşavanın Kiyevə dəstəyini davam etdirəcəyini, lakin bunu “ilk növbədə Polşa” prinsipi əsasında və ölkənin öz maraqlarını nəzərə alaraq edəcəyini vurğulayıb.

Daha əvvəl Zaxarova Navrotskinin “moskallar” ifadəsindən sonra onu “klinik rusofobiyada” ittiham etmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: