3 9

Türkiyə Qara dənizdə gəmiçilik təhlükəsizliyi ilə bağlı vəziyyəti diqqətlə izləyir. Son dövrlərdə Türkiyəyə məxsus ticarət gəmilərinə hücumların sayı artıb.

Globalinfo.az xəbər verir ki, bunu “Anadolu” agentliyinə Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Vəziyyəti diqqətlə izləyirik. Hücuma məruz qalan gəmilərin ümumi sayı ilə müqayisədə Türkiyə gəmilərinin payı daha azdır, lakin onların sayı yenə də çoxdur”, – nazir qeyd edib.

O, həmçinin Türkiyənin Ukrayna münaqişəsinin tərəflərinə, o cümlədən Qara dənizdəki vəziyyət nəzərə alınmaqla, hərbi əməliyyatlara moratorium tətbiq edilməsi ilə bağlı təklif təqdim etdiyini bildirib.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi daha əvvəl Qara dənizdə münaqişənin eskalasiyası ilə bağlı ciddi narahatlığını ifadə edib. Buna səbəb avqustun 3-də Novorossiysk yaxınlığında “Nadezhda” və “Yasar” quru yük gəmilərinə Ukrayna Silahlı Qüvvələrinin hücum etməsi olub.

Nazirlik bildirib ki, gərginliyin azaldılması üçün qabaqlayıcı tədbirlərin görülməməsi, o cümlədən ərzaq təhlükəsizliyi baxımından ciddi nəticələrə səbəb ola bilər.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: