0d7aa081 3bdb 4a05 96c9 95fffcd71263

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan “Məkkə Sazişi” adlandırılan yeni üçtərəfli müdafiə müqaviləsini imzalayıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, saziş iştirakçı ölkələr arasında müdafiə sahəsində qarşılıqlı dəstəyi nəzərdə tutur və hər hansı konkret dövlətə qarşı yönəlməyib. Sənədin gələcəkdə regionun digər ölkələrinin də qoşulmasına açıq olduğu bildirilir.

Bildirilib ki, sazişin əsas müddəası kollektiv müdafiə prinsipidir. Bu prinsipə əsasən, iştirakçılardan birinə qarşı silahlı hücum bütün üzv ölkələrə qarşı hücum kimi qiymətləndiriləcək və tərəflər birgə müdafiə tədbirləri həyata keçirəcəklər.

Yeni razılaşmanın regional təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyi vurğulanır.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: