anar 1

Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Digər bir sərəncamla, Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının digər Sərəncamı ilə Nemət Zeynal oğlu Nağdəliyev bu vəzifəyə təyinat alıb.

Paylaş: