Press%EF%BF%BD20Reliz 01

6 avqust 2026-cı ildə Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olan “Kristal” ilə premium sanitar avadanlıqları və hamam həlləri sahəsində dünyanın tanınmış brendlərindən “Hansgrohe” arasında əməkdaşlığın inkişafını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Press%EF%BF%BD20Reliz 02

Memorandum “Kristal”ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və “Hansgrohe SE”-nin Baş İcraçı Direktoru (CEO) Hans-Yürgen Kalmbax tərəfindən imzalanıb.

Press%EF%BF%BD20Reliz 03

Anlaşma tərəflərin Azərbaycanda həyata keçiriləcək tikinti və interyer layihələri üzrə əməkdaşlığının genişləndirilməsinə yönəlib. Memorandum çərçivəsində gələcək layihələrdə innovativ həllərin tətbiqi, məhsul seçimi və texniki dəstək, dizayn və layihələndirmə proseslərinin əlaqələndirilməsi, eləcə də dayanıqlılıq və enerji səmərəliliyinə əsaslanan yanaşmalar üzrə birgə fəaliyyət imkanlarının qiymətləndirilməsi nəzərdə tutulur.

Press%EF%BF%BD20Reliz 04

İmzalanan memorandum “Kristal” və “Hansgrohe” arasında strateji tərəfdaşlığın inkişafı istiqamətində atılmış mühüm addım olmaqla yanaşı, beynəlxalq təcrübənin Azərbaycanda həyata keçirilən müasir tikinti layihələrinə inteqrasiyasına və keyfiyyət standartlarının daha da yüksəldilməsinə töhfə verməyi hədəfləyir.

kristal.az

Paylaş: