Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Nemət Nağdəliyev Estoniyanda fövqəladə və səlahiyyətli səfir təyin olunub.
Globalinfo.az xəbər verir ki, o, Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi, şöbə müdiri Zeynal Nağdəliyevin oğludur.
Nemət Nağdəliyev 2017-ci ilin oktyabr ayında Azərbaycanın Polşadakı səfirliyində yerləşməklə Mərkəzi Avropa ölkələri (Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn, Polşa, Çex Respublikası, Slovakiya, Macarıstan, Xorvatiya, Sloveniya) üzrə ticarət nümayəndəsi təyin olunmuşdu.