Ermənistanın Baş nazir Aparatının keçmiş rəhbəri Araik Arutyunyan hakim Mülki Müqavilə Partiyasının Milli Məclisdə yeni deputatı seçilməsindən sonra vəzifəsinə öyrəşməkdə çətinlik çəkir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” məlumat yayıb.
Nəşr yazır ki, Harutyunyan keçmiş deputatı Xaçatur Sukiasyanın dəbdəbəli ofisinə yerləşib. O, iclaslarda elə də aktiv iştirak etmir, bir-iki sual verir, qısa fikir səsləndirir, digər həmkarları ilə ünsiyyət qurmur.
Harutyunyanın zamanının çoxunu ofisində keçirdiyi, iclaslardan dərhal sonra ofisinə getdiyi deyilir.
Qeyd edək ki, baş nazir Nikol Paşinyanın ən yaxın iki adamından biri kimi tanınan Araik Harutyunyanı vəzifəsindən uzaqlaşdırmasının ikili arasında münasibətlərin soyumasına səbəb olduğu bildirilir.
Əliyar Xəlil
Globalinfo.az