
Rusiya Baş naziri Mixail Mişustin və Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstanda keçirilən Avrasiya İqtisadi İttifaqının (Aİİ) iclası öncəsi qısa söhbət ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Bildirilib ki, hər iki ölkənin baş nazirləri digər nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə konqres mərkəzinə elektromobillə gəliblər. Mişustin və Paşinyan eyni nəqliyyat vasitəsində olub və yolboyu söhbət aparıblar.
Məlumatda onların hansı mövzunu müzakirə etdikləri açıqlanmayıb. Bununla bağlı tərəflərdən də hər hansı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, son zamanlarda Rusiya və Ermənistan arasında davam edən gərginlik fonunda iki ölkə rəsmisinin görüntüləri diqqət çəkib.
Safura Bənnayeva
Globalinfo.az