“Moskva İrəvanın “şantaj” cəhdlərini qeydə alır və Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşması şübhələr doğurur”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünün müavini Aleksey Fadeev deyib.
O bildirib ki, nə Brüssel, nə London, nə də Paris Ermənistan iqtisadiyyatına ciddi investisiya qoyacaq:
“İrəvan və Moskva arasındakı ənənəvi əlaqələrə baxmayaraq, hazırda Ermənistanda Rusiyapərəst şəxslərin təqbininə və şirkətlərə qarşı addımların atılmasına şahid oluruq. Əgər İrəvan öz maraqlarının nəzərə alınmasına çalışırsa, onda Moskvanın Ermənistana qarşı oxşar qarşılıqlı gözləntiləri nə üçün olmamalıdır?”
Əliyar Xəlil
Globalinfo.az