overcuk

RusiyaErmənistan arasında ticarət dövriyəsi kəskin şəkildə azalıb”. 

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk deyib.

O bildirib ki, ticarət dövriyəsi ötən illə müqayisədə 3 dəfə azalıb:

“Avrasiya İqtisadi İttifaqı ilə Ermənistan arasındakı durğunluqdan sonra belə bir vəziyyətin yaranması gözlənilən idi. Son 3-4 ildə Moskva erməni tərəfdaşlarına bu mövzuda dəfələrlə xəbərdarlıq edib.

2024-cü ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi rekord həddə çataraq təxminən 12 milyard dollar olmuşdu, bu da çox yüksək rəqəm idi. Keçən il isə bu rəqəm 8 milyard dollara düşüb”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: