Kiyev

Amerikalı politoloq Harland Nikson Ukraynadakı son hadisələri şərh edərək, ölkənin NATO ilə yaxınlaşma siyasətini sərt tənqid edib.

Globalinfo.az xəbər verir ki, o, X sosial şəbəkəsində paylaşdığı fikirlərdə Ukraynadakı vəziyyətin, xüsusilə dəniz limanları ətrafındakı gərginliyin və Kiyevdəki hərbi hədəflərə endirilən kütləvi raket zərbələrinin NATO ilə əməkdaşlıq siyasətinin nəticəsi olduğunu iddia edib.

“NATO-nun nəzarətində olan bir dövlətdə həyat cəhənnəmdir”, – deyə Nikson paylaşımında yazıb.

Politoloqun sözlərinə görə, Kiyev hazırda Rusiya raket hücumlarının əsas hədəflərindən birinə çevrilib və şəhər faktiki olaraq Rusiya raketləri üçün yastıq rolunu oynayır.

Tahir Turan
Globalinfo.az

Paylaş: