meyit esas 3

Ermənistan parlamentinin hakimVətəndaş Müqaviləsi” Partiyasından olan deputatı Vaaqn Aleksanyan Milli Assambleyanın vitse-spikeri seçilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Gizli səsvermənin nəticələrinə əsasən, Aleksanyanın namizədliyini 62 deputat dəstəkləyib, 27 deputat isə əleyhinə səs verib. Müxalifətdə təmsil olunan “Ermənistan” fraksiyası səsvermədə iştirak etməyəcəyini əvvəlcədən bəyan edib.

Qeyd edək ki, Vaaqn Aleksanyan uzun illərdir Baş nazir Nikol Paşinyanın yaxın siyasi komandasının üzvlərindən hesab olunur. O, son illərdə hakim partiyanın parlamentdə ən fəal simalarından biri kimi tanınır və bir sıra mühüm qanun layihələrinin müzakirəsində iştirak edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: