341265

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın sülhməramlı missiyalar üzrə xüsusi elçisinin baş müşaviri Arye Laytstounu qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, tərəflər ErmənistanAzərbaycan arasında sülhün bərqərar olmasının regionun inkişaf potensialının maksimum dərəcədə artırılmasında əhəmiyyətini vurğulayıblar.

Həmçinin sülhün daha da möhkəmləndirilməsinə yönəlmiş mümkün addımları müzakirə edilib. Görüşdə TRIPP (Zəngəzur dəhlizi-red.) proqramının həyata keçirilməsi üçün görülən işlərə toxunulub. Hər iki tərəf proqramın ən qısa müddətdə həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Paylaş: