pasinyan baki 900x506 1

Ermənistanda 25 günlük təlim toplanışında iştirak edən erməni hərbçi mövqelərin silahsızlaşdırıldığını bildirib. O qeyd edib ki, mövqelərdə sursat olsa da, hərbçilərə silah verilməyib. Hərbçi əsgərlərin mövqelərdə silahsız xidmət apardıqlarını deyib.

Belə bir addımın atılmasının səbəbi nədir? Nikol Paşinyan hakimiyyəti niyə bu qərarı verib?

Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmmədin sözlərinə görə, Ermənistanda hərbi təlimlərdən sonra ortaya çıxan mənzərə və səsləndirilən fikirlər göstərir ki, Paşinyan hakimiyyəti bu məsələdə birmənalı mövqe ortaya qoymur:

Ermənistan rəsmiləri də bildirirlər ki, sərhəddə sursat var, lakin silah yoxdur. Ola bilsin ki, Paşinyan hakimiyyəti hələ də ordu daxilində revanşist qüvvələrin və ya hansısa xarici dövlətin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edə biləcək şəxslərin mövcud olduğunu düşünür. Əgər sərhəddə silahlar olsa, müəyyən təxribatların törədilməsi ehtimalı arta bilər. Məhz mümkün təxribatların qarşısını almaq üçün belə bir addım atılır. Ermənistan bununla həm Azərbaycana sülh istədiyini, həm də Avropa İttifaqına (Aİ) sülh naminə bütün zəruri addımları atdığını nümayiş etdirmək istəyir. Sərhəddə sursatın olması isə o deməkdir ki, zərurət yaranacağı təqdirdə qısa müddətdə silah təminatı həyata keçirilə bilər”.

WhatsApp Image 2024 05 31 at 00.57.33

Səxavət Məmməd

Ekspert bildirib ki, Ermənistan Baş nazirinin müəyyən şübhələri var:

Paşinyan hesab edir ki, ordunun tərkibi hələ tam şəkildə təmizlənməyib. O, orduda revanşist qüvvələrin qaldığını düşündüyü üçün bu cür addımlar atır. Əgər həqiqətən sülh istəyirsə, bu yanaşma məntiqli görünür. Ermənistanda kifayət qədər güclü müxalifət var və onlar bu qərarı tənqid edirlər. Paşinyan isə bununla beynəlxalq ictimaiyyətə eskalasiyanın tərəfdarı olmadığını göstərməyə çalışır. Əgər onun belə bir niyyəti olmasaydı, təlimlər zamanı sərhəddə hərbçilərə silah paylanar və bu məlumatlar da ictimaiyyətə açıqlanmazdı. Digər tərəfdən, qısa müddət ərzində regionda sülhün əldə olunacağını söyləmək də doğru olmazdı”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: