tur

Türkiyədə minik maşını avtobusa çırpılıb.

Globalinfo.az xəbər verir ki, hadisə İstanbul əyalətinin Küçükçəkməcə rayonunda baş verib.

Minik maşınının İstanbul Elektrik Tramvay və Tunel İstismarı idarəsinə aid avtobusa çırpılması nəticəsində üç nəfər ölüb.

“Avtomobilin içərisində sıxışan üç nəfər xilasedicilərin köməyi ilə çıxarılıb. Onlar ağır yaralı halda xəstəxanaya aparılsalar da, hər üçü həyatını itirib”, – deyə qeyd edilib.

Paylaş: