tatul hakobyan n334666 1

“Mən tarixdə “əgər”lərlə düşünməyi sevirəm. Məsələn, təsəvvür edək ki, 1990-cı ilin bu günü – avqustun 4-də, Levon Ter-Petrosyan parlamentin sədri seçilməsəydi, yerinə Ermənistan kommunistlərinin lideri Vladimir Movsisyan seçilsəydi, nə baş verərdi? Yaxud hakimiyyətə sağlam düşüncə, təmkin və real siyasət yox, “Ermənistanın Elçibəyi” gəlsəydi, nələr yaşanardı?”

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Tatul Akobyan qeyd edib.

“Son vaxtlar tez-tez düşünürəm ki, bəlkə də daha yaxşı olardı: ermənilər 1990–1991-ci illərdə Qarabağdan çıxardı. O zaman nə Qarabağ ermənilərinin, nə də Ermənistan ermənilərinin iki nəslini ölümə göndərərdik, “Yerablur” qəbiristanlıqları da yaranmazdı.

1990-cı ilin bu günü Ali Sovetin deputatı, Ermənistan Ümumxalq Hərəkatının liderlərindən Levon Ter-Petrosyan Sovet Ermənistanının son çağırış parlamentinin sədri seçildi. Petrosyanla birlikdə Ali Sovetin sədri vəzifəsinə Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vladimir Movsisyan da namizəd idi.

Avqustun 3-də keçirilən gizli səsvermənin birinci turunda Movsisyan 93, Ter-Petrosyan isə 110 səs topladı. İkinci turda Movsisyan 83, Ter-Petrosyan isə 124 səs aldı.

Növbəti turda Movsisyan 76, Ter-Petrosyan isə 140 səs qazandı və parlamentin sədri seçildi. Bununla da o, faktiki olaraq respublika rəhbərinin səlahiyyətlərini də öz üzərinə götürdü”, – T.Akobyan yazıb.

O, Qarabağ münaqişəsinin dərinləşməsinin səbəbi kimi Petrosyanın hakimiyyətə gəlməsini göstərib.

Qeyd edək ki, Qarabağ və ətraf rayonlar işğal ediləndə Ermənistanın prezidenti Levon Ter-Petrosyan idi.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: