IMG 4281


Ermənistanda elektrik enerjisinin istehsal və ötürmə şəbəkələrində baş verən qəza səbəbindən ölkənin beş bölgəsində genişmiqyaslı elektrik kəsintisi yaşanıb.

Globalinfo.az xəbər verir ki, məlumata görə, Şirak, Lori, Tavuş, Araqatsotn və Ararat vilayətlərində bir sıra şəhər və kəndlər tamamilə işıqsız qalıb. Hadisədən sonra elektrik enerjisinin verilişinə məhdudiyyətlər tətbiq edilib.

Bildirilib ki, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mütəxəssisləri, eləcə də sistem operatoru qəzanın nəticələrini aradan qaldırmaq və enerji təchizatını ən qısa müddətdə bərpa etmək üçün təcili işlər aparırlar.

Tahir Turan

Globalinfo.az

Paylaş: