Rusiya Belarus ərazisində nüvə silahları yerləşdirir.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalının efirində jurnalistin sualına cavab verərkən bildirib.
O, iyulun 1-dək Belarusda taktiki nüvə silahları üçün anbarın tikintisini başa çatdıracaqlarını deyib.
Rusiya lideri həmçinin əlavə edib ki, Moskva nüvə silahının daşıyıcısı olan “İsgəndər” kompleksini də artıq Belarusa təhvil verib:
“Lukaşenko uzun müddətdir ki, Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsi məsələsini qaldırıb. Birləşmiş Ştatlar bu silahları çoxdan dünyanın bir sıra ölkələrində yerləşdirib, ona görə də Belarusun tələbində qeyri-adi heç nə yoxdur”.
“Rusiya öz nüvə silahlarını Belarusa ötürmür, ABŞ-ın onilliklər ərzində etdiklərini edir”, – deyə Rusiya prezidenti vurğulayıb”, – deyə Vladimir Putin vurğulayıb.