“Növbəti 5 ildə Ermənistanı yeni imkanlar və müəyyən çətinliklər gözləyir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yeni aparat rəhbəri Lilit Makuntsu hökumətə təqdim edərkən deyib.
Paşinyan Makuntsu 10 ildən çoxdur tanıdığını və onun fəaliyyətinə bələd olduğunu söyləyib:
“Əvvəlki 5 çox mühüm idi, Araik Arutyunyan vəzifəsini layiqincə yerinə yetirdi. Növbəti 5 ildə də bizi yeni imkanlar gözləyir. Xoş xəbər budur ki, biz artıq təcrübəli hökumətik. Bunun həm üstünlükləri, həm də mənfi cəhətləri var. Üstünlük ondadır ki, toplanmış təcrübə bir resursdur, ondan istifadə edə biləcəyik. Mənfi cəhəti odur ki, bu işin rutinə çevrilməsi müəyyən monotonluq yarada bilər. Əminəm ki, bundan çıxa biləcəyik. Qarşımıza çıxan imkanları görəcəyimizə, onlardan faydalanacağımıza ümid edirəm”.
Əliyar Xəlil
Globalinfo.az