ermenistan 900x498 2

Ermənistan Gürcüstan tərəfi ilə balıq məhsullarının tədarükünə başlanması barədə danışıqları başa çatdırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Tbilisidəki səfirliyi məlumat yayıb.

Səfirlik bildirib ki, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində Gürcüstanla işi davam etdirəcək.

Xatırladaq ki, Rusiyanın Kənd Təsərrüfatına Nəzarət Xidməti (Rosselxoznadzor) Ermənistandan bir sıra məhsulların idxalına məhdudiyyət tətbiq edib. Belə ki, mayın sonundan etibarən Ermənistandan Rusiyaya gül, mineral su və üç şirkətin istehsal etdiyi bəzi spirtli içkilərin, o cümlədən konyakın idxalı dayandırılıb.

İyunun 2-dən etibarən albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin və üzümün, iyunun 3-dən isə tumlu meyvələrin, badımcanın, kartofun və quru meyvələrin Rusiyaya idxalına müvəqqəti məhdudiyyət qoyulub. Daha sonra bu məhdudiyyətlər balıq məhsullarına da şamil edilib.

İyulun sonunda Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putindən Ermənistan mallarının Rusiyaya ixracı ilə bağlı yaranmış problemi həll etməyi xahiş etmişdi. Paşinyan bildirmişdi ki, tətbiq olunan məhdudiyyətlər iki ölkə arasında əldə olunmuş razılaşmalara və Avrasiya İqtisadi İttifaqının (Aİİ) normalarına ziddir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: