“Rusiya Ermənistanla dostluq münasibətlərini qoruyub saxlamaq istəyir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yanında daimi nümayəndəsi Viktor Vasilyev deyib.
O qeyd edib ki, Rusiya və Ermənistan xalqlarının həyatı və taleyi əsrlər boyu bir-biri ilə sıx bağlı olub.
Vasilyev əlavə edib ki, KTMT-nin digər üzv dövlətlərinin də İrəvanla bağlı öz maraqları var.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da bildirmişdi ki, Rusiya ilə Ermənistanı xüsusi münasibətlər və iki xalq arasında səmimi qarşılıqlı rəğbət birləşdirir.
O, eyni zamanda Ermənistan rəhbərliyini Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaq, yoxsa Avropa İttifaqına (Aİ) üzv olmaq istiqamətində strateji seçiminə mümkün qədər tez aydınlıq gətirməyə çağırmışdı.
Əliyar Xəlil
Globalinfo.az