“Gələcəyin müharibələri informasiya üstünlüyü, kosmik texnologiyalar və müdafiə iqtisadiyyatı üzərində qurulacaq”.
Globalinfo.az xəbər verir ki, bunu İranın müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri Sərdar İbn ər-Rza deyib.
O bildirib ki, müdafiə sənayesi minimum xərclə maksimum döyüş qabiliyyəti təmin etməli və savaş meydanının tələbatına real vaxt rejimində cavab verməlidir.
Nazirin sözlərinə görə, müdafiə texnologiyalarının sənaye, nəqliyyat, energetika, rabitə və digər strateji sahələrə tətbiqi ölkənin inkişafı üçün mühüm əhəmiyyət daşıyır və bu, İranın müdafiə sənayesinin əsas üstünlüklərindən biridir.
Əliyar Xəlil