“Avropa, Seuta muxtar şəhərindəki böyük miqrant axını ilə əlaqədar olaraq, İtaliya hakimiyyətinin İspaniya ilə sərbəst sərhəd keçidi haqqında “Şengen” sazişini dayandırmaq təklifini tam dəstəkləməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Finlandiyanın daxili işlər naziri Mari Rantanen deyib.
“İspaniya “Şengen” zonasının xarici sərhədlərini işğaldan qorumaqda tamamilə uğursuz olub. Bu, davam edə bilməz. Bütün Avropa ölkələri İtaliyanın Baş naziri Corciya Meloninin təklifini dəstəkləməlidir. Xarici sərhədləri qorumaq öhdəliklərini yerinə yetirməyən ölkələr “Şengen” zonasının üzvü ola bilməzlər”, – nazir bildirib.
Əliyar Xəlil
Globalinfo.az