kara

Ermənistanın “Güclü Ermənistan” müxalifət blokunun rəhbəri Narek Karapetyanın evində axtarış aparılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilib ki, iyulun 31-də səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları “Güclü Ermənistan” blokunun rəhbəri, siyasətçi və biznesmen Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanın evinə gəliblər.

Ermənistanın İstintaq Komitəsi axtarışların cinayət işi çərçivəsində aparıldığını bildirib.

Blokun deputatlarından biri isə baş verənləri hakimiyyət tərəfindən təşkil olunan “şou” adlandırıb.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: