sepah 0

“ABŞ İran ərazisinə endirdiyi zərbələrə görə cəzalandırılacaq”.

Globalinfo.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib.

İyulun 30-na keçən gecə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Amerika hərbçilərinin İran ərazisinə zərbələr endirməyə başladığını açıqlayıb.

CENTCOM bildirib ki, bu, iyulun 28-i axşam SEPAH tərəfindən bölgədəki ABŞ obyektlərinə bir neçə ballistik raketin atılmasına cavabdır.

Bundan əvvəl SEPAH nümayəndəsi Hüseyn Məhəbbi deyib ki, İran iyulun 8-də ABŞ-la atəşkəs başa çatdıqdan sonra Yaxın Şərqdəki Amerika bazalarında 200-dən çox hərbçini məhv edib.

Onun sözlərinə görə, ABŞ tərəfindən yaralananların sayı daha çoxdur. Məhəbbi Vaşinqtonun itkilərlə bağlı açıqlamalarını yalan adlandıraraq, ABŞ-ı İrandan hücum edilən bazalara media nümayəndələrini dəvət etməyə çağırıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: