56199 b 1785404027493

Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində Ermənistan tərəfinin yeni xüsusi nümayəndəsinin namizədliyi məsələsi müzakirə olunur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bildirib ki, namizədin kim olacağı ilə bağlı hələlik qərar yoxdur:

Türkiyə ilə ünsiyyət formatında müvafiq qərarlar qəbul etmək üçün işi necə, hansı məntiqlə və hansı formatda davam etdirəcəyimizə qərar verməliyik. Hazırda bu mövzu ilə bağlı müzakirələr aparılır”.

Qeyd edək ki, Türkiyə ilə normallaşma prosesi üzrə nümayəndə Ruben Rubinyanın Ermənistan parlamentinin yeni sədri təyin edilməsi nəzərdə tutulur.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: