netanyahu 3 900x506 2

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşündə İranla razılaşma əldə etmək ehtimalına şübhə ilə yanaşdığını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Nəşr yazır ki, Netanyahu və Tramp iyulun 28-də İranla saziş bağlamaq perspektivlərini, ABŞ-ın dəniz blokadasının davam etdirilməsi imkanlarını, eləcə də İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların aparılması imkanlarını müzakirə ediblər.

Məlumata görə, İsrail hökumətinin başçısı İranla razılaşma şanslarına şübhə ilə yanaşdığını bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: